RU
Əfqanıstan prezidenti dövlət xəzinəsindən 169 milyon dollar oğurlayıb
19:02
161

Əfqanıstan prezidenti dövlət xəzinəsindən 169 milyon dollar oğurlayıb

Əfqanıstanın ölkədən qaçan prezidenti  Əşrəf qəni  dövlət xəsinəsindən 169 milyon dolları götürərək qaçıb.

 "Ölkə.Az”  Tacikstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Tacikstandakı səfiri  Mühəmməd Zohir Aqbar bu gün Düşənbədə keçirdiyi mətbuat konfransında deyib. 

Diplomat prezident Qəninin ölkədən qaçışını dövlətə  və millətə xəyantə adlandırıb. " Bu şəxs ölkədən qaçarkən belə dövlət xəzinəsindən 169 milyon dollar oğurlayaraq, özü ilə götürüb”- səfir deyib.

 Bununla belə Əfqan diplomat əlavə edib ki, prezident  Əşrəf Qənidən  fərqli olaraq  vitse-prezident Əmrulla Saleh ölkədən qaçmayıb və onu Əfqanıstanın dövlət başçısı kimi tanıyır.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ