Səfər Azərbaycan tərəfinin dəvəti ilə baş tutacaq.
Əfqanıstan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hənif Atmar gələn həftə Azərbaycana səfər edəcək.
7news.Az-ın xəbərinə görə, bunu Trend-ə Əfqanıstanın Bakıdakı səfirliyindən deyiblər.
Səfər zamanı H.Atmar bir sıra yüksək səviyyəli görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.
Səfər Azərbaycan tərəfinin dəvəti ilə baş tutacaq.
7news.Az








