7NEWS.Az-ın xəbərinə görə, bunu diplomatik korpusun nümayəndələrinin Cəbrayıl və Zəngilana səfəri zamanı Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun bildirib.
O deyib ki, orada məzarlıqları qazıb məhv ediblər:
"Mən orada ağladım. Bu məzarlıqları görmək kiməsə təsir etmirsə, mən bilmirəm o insanların vicdanı necədir. Qəbirləri qazıb cəsədləri çıxarıblar, bu, insanlıqdan kənar bir hadisədir”.
Fransanın Azərbaycandakı səfiri Zakari Qross isə deyib ki, ölkəsi Qafqazda barışığın və sülhün bərpa olunması vasitəsi kimi regional inkişafı və əməkdaşlığı görməyə şad olacaq.
7NEWS.Az








