Əfqanıstan və Pakistan arasındakı Torkham Sərhəd Qapısı 11 gündən sonra yenidən nəqliyyat vasitələrinə xidmət göstərməyə başlayıb.
7NEWS.az xəbər verir ki, Əfqanıstan mətbuatında yer alan xəbərə görə, Nangerhar Polis İdarəsinin sözçüsü Abdulbasir Zabuli mövzu ilə bağlı mətbuata açıqlama verib. Zabuli qeyd edib ki, sərhəd qapısı açılıb və yenidən nəqliyyat vasitələrinin keçidlərinə xidmət göstərilməyə başlayıb.
7NEWS.az








