Əfqanıstan veteranı Rüstəmov Faiq Valeh oğlu Mingecevir.org saytına müraciət edərək başına gələn müsaibətlərdən danışır. Acınacaqlı vəziyyəti ilə bağlı Mingəçevir şəhərində ayrı-ayrı qurumlara müraciət edən Rüstəmov Faiq Valeh oğlu dövlət qurumlarının ondan rüşvət istədiklərini deyir.
Məlumat üçün qeyd edək ki, Rüstəmov Faiq Valeh oğlu 1968-ci ildə doğulub. Əfqanıstana 1986 apreldə gedib və 1988-ci ilə qədər orada hərbi xidmətdə olub. Bundan başqa Faiq Rüstəmov 1989-cu ildə Əfqanıstan veteranları cəmiyyətinin ilk sədri, avarçəkmə üzrə SSRİ idman ustası olub.








