RU
Əfqanıstanda 25 İŞİD döyüşçüsü məhv edilib
21:00
286

Əfqanıstanda 25 İŞİD döyüşçüsü məhv edilib

Əfqanıstan hərbi hava qüvvələri 25 İŞİD döyüşçüsünü məhv edib.

7news.az xəbər verir ki, ölkənin şərqindəki Nangarhar şəhərinin Heski Meen mahalının Divane Baba, Sandokçe və Şihano Qala bölgələrində M-17 və MD-530 vertolyotları ilə təşkil edilən hava hücumları zamanı 25 İŞİD üzvü ölüb, 31 nəfər yaralanıb.

Məlumatda qeyd edilib ki, ölənlər arasında İŞİD-in bölgədəki iki səhra komandiri də olub. Gecə saatlarında başlayan və səhərə qədər davam edən hava hücumlarında İŞİD-in ərazidə silah-sursatla dolu dörd avtomobili vurulub.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ