Əfqanıstanın Gilmend əyalətində silahlı şəxslərin hücumu nəticəsində 8 polis qətlə yetirilib, 3-ü yaralanıb.
Ordu generalı Əbdül Rəhim Çahansuri hücumu Taliban qruplaşmasının hərbçilərinin törətdiklərini bildirsə də, hələlik məsuliyyəti heç kim öz üzərinə götürməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
7News.az







