Əfqanıstanın cənubunda yerləşən Gilmənd əyalətində bazarda baş verən partlayış nəticəsində azı 20 hərbçi ölüb.
Bu barədə əyalətin Təhlükəsizlik Xidmətindən bildiriblər.
İnformasiyaya əsasən, asayiş keşikçiləri ilə bazara hücum edən silahlı qrup arasında atışma olub.
Yerli hökumət nümayəndələri avtomobilin partladılması nəticəsində 5 hərbçinin öldüyünü, bir neçəsinin isə yaralandığını deyiblər. /oxu
7news.Az








