Əfqanıstanda telefonla cinlərlə danışdığını bildirən bir vətəndaş hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bu barədə "Pajhwok" nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, paytaxt Kabilin Surobi bölgəsində yaşayan şəxs vətəndaşları cinlərin onların gələcəyinə təsir göstərə biləcəyinə inandırıb və göstərdiyi "xidmətə" görə sakinlərdən vəsait toplayıb. Həmin şəxs insanları qorumaq məqsədilə xəyali varlıqlarla əlaqə yaratdığını irəli sürüb.
Əfqanıstanın Fəzilətlərin Təbliği və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyinin rəsmiləri təsdiqləyiblər ki, həbs edilən vətəndaş cinlərin onunla ünsiyyətdə olduğunu iddia edib. Nazirliyin bəyanatında bu cür əməllərin xurafat olduğu və İslam dininin qaydalarına tamamilə ziddiyyət təşkil etdiyi vurğulanıb.








