Əfqanıstanda dağıdıcı zəlzələ: 800 ölü, 2800-dən çox yaralı var
7NEWS.az xəbər verir ki, Əfqanıstanda 6 bal gücündə zəlzələ baş verib. Ən azı 800 nəfər ölüb, 2800-dən çox insan yaralanıb. Xilasetmə qrupları dağıntılar altında qalanları xilas etmək üçün zamanla yarışır.