RU
Əfqanıstanda məmurlara qadağa - bu telefonlardan istifadə etmək olmaz
14:30
27

Əfqanıstanda məmurlara qadağa - bu telefonlardan istifadə etmək olmaz

Əfqanıstanda hökumət əməkdaşlarının smartfonlardan istifadəsi qadağan edilib. 7News.Az xarici mətbuata istinadən xəbər verir ki, qərar yüksək vəzifəli şəxslərdən tutmuş aşağı pilləli dövlət qulluqçularına qədər bütün məmurları əhatə edir. Yayılan təlimatda smartfon istifadə edən şəxslərin cihazlarının məhv ediləcəyi, həmçinin onlara qarşı hüquqi və şəriət qanunlarına uyğun cəzaların tətbiq olunacağı bildirilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə Taliban rəsmilərinin qadağanı elan etdiyi və bəzi smartfonların sındırıldığı əks olunub. Məlumata görə, bu qadağadan yalnız Taliban lideri Hibatullah Akhundzada tərəfindən verilən xüsusi yazılı icazə əsasında istisna əldə etmək mümkündür. Bildirilir ki, ölkənin bəzi bölgələrində məhdudiyyətlər təkcə dövlət qulluqçularına deyil, qadınlara, səhiyyə işçilərinə, müəllimlərə və tələbələrə də şamil olunur. Qeyd edək ki, Əfqanıstan hakimiyyəti son dövrlərdə internetə çıxışın məhdudlaşdırılması istiqamətində də addımlar atıb. Ötən il ölkə üzrə iki günlük internet kəsintisi tətbiq edilsə də, sonradan etirazlar fonunda bu qərardan geri çəkilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ