Əfqanıstanın qərbindəki Fərəh əyalətində məsciddən çıxan insanlara atəş açılması nəticəsində 3 nəfər həyatını itirib.
7NEWS.az xəbər verir ki, Əfqanıstan mediasında yer alan xəbərə görə, dünən Poşt-e Kuh rayonunun Kotvali kəndindəki məsciddə qılınan təravih namazından sonra şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən silahlı hücum təşkil edilib. Hücumçuların məsciddən çıxan əfqanlara atəş açması nəticəsində 3 nəfər ölüb.
7NEWS.az








