Əfqanıstanın Cəlilabad şəhərində baş verən üç partlayışda səkkiz nəfər ölüb, 45 nəfər isə yaralanıb.
7news.Az xəbər verir ki, bu barədə Nanqahar əyalətinin qubernatoru məlumat verib. Onun sözlərinə görə, hər 3 partlayış kriket oyunu zamanı şəhər stadionlarından birində baş verib. Ölənlər arasında yarışın təşkilatçısı və Mehtarlam şəhər merinin müavini də olub.
7news.Az







