RU
Əfqanıstanda torpaq sürüşməsi: 25 ÖLÜ VAR
14:33
25

Əfqanıstanda torpaq sürüşməsi: 25 ÖLÜ VAR


Əfqanıstanın Nuristan əyalətinin Nakre kəndində güclü qar yağması nəticəsində torpaq sürüşməsi baş verib. Səlahiyyətlilər torpaq sürüşməsi nəticəsində ən azı 25 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını açıqlayıb.

7NEWS.az xəbər verir ki, rəsmilər əlverişsiz hava şəraitinin xilasetmə işlərinə mane olduğunu, helikopterlərin bölgəyə enə bilmədiyini və qarın yolları bağladığını bildirib. Əfqanıstanın Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin sözçüsü Janan Sayeq gecə saatlarında baş verən insidentdə təxminən 15-20 evin tamamilə və ya qismən dağıldığını açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ