Əfqanıstanın şərqində, Pakistanla sərhəddə baş vermiş güclü zəlzələdə ölənlərin sayı 900 nəfərə çatıb.
Əfqanıstanın Fövqəladə Hallar üzrə Milli İdarəsinin rəsmi nümayəndəsi Yusaf Həmmadın sözlərinə görə, təbii fəlakətdən 3 mindən çox əfqan zərər çəkib. Bundan əvvəl Əfqanıstan hökuməti itki sayının 800-dən çox, zərərçəkənlərin isə 2,8 minə yaxın olduğunu bildirmişdi.
Əfqanıstanın şərqində yerləşən əyalətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir. "TOLOnews” telekanalının məlumatına əsasən, dağıntılar altında yüzlərlə insan qalmaqdadır.








