RU
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 2 445 nəfərə çatıb
10:20
52

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 2 445 nəfərə çatıb

Əfqanıstanın qərbində və qonşu əyalətlərdə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 2 445 nəfərə çatıb.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən Heratdan "Sinxua” agentliyi məlumat yayıb.

Herat əyalətinin Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin direktoru Mavlavi Aşarinin sözlərinə görə, ən çox zərər çəkmiş ərazi Herat rayonunda 13 kənd tamamilə dağılıb.

Çinin Seysmoloji Mərkəzinin məlumatına görə, şənbə günü Əfqanıstanda 6,2 bal gücündə iki zəlzələ baş verib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ