RU
Əfqanıstanın şərqinə zərbələr — İŞİD terrorçuları məhv edildi
23:45
455

Əfqanıstanın şərqinə zərbələr — İŞİD terrorçuları məhv edildi

Əfqanıstanın şərqində 16 İŞİD terrorçusu məhv edilib

Amerika hərbi hava qüvvələrinə məxsus pilotsuz uçan obyektlə 16 İŞİD terrorçusu məhv edilib.

Bu barədə məlumat Əfqanıstan mətbuatı tərəfindən yayılıb. Məlumata əsasən, dünən gecə saatlarında Əfqanıstanın Nanqarxar əyalətində terrorçulara zərbələr endirilib. Zərbə nəticəsində 16 döyüşçü məhv edilsə də, yerli əhaliyə ziyan vurulmayıb.

Son aylar ərzində Əfqanıstanda vəziyyət kəskin dərəcədə pisləşib. Ölkənin əhəmiyyətli əyalətlərini ələ keçirən "Taliban" radikalları iri şəhərlərə hücuma başlayıblar. Eyni zamanda, ölkə ərazisində İŞİD-in nüfuzu getdikcə artmaqdadır./olke.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ