RU
Əfsanəvi almaniyalı futbolçunun səhhəti pisləşib
16:00
1228

Əfsanəvi almaniyalı futbolçunun səhhəti pisləşib

Dünya və Almaniya futbolunun əfsanəsi Frans Bekkenbauerin səhhətində problem yaranıb.

Bu barədə Almaniya yığmasının keçmiş kapitanı Lotar Matteus bildirib. O deyib ki, hazırda Bekkenbauerin vəziyyəti yaxşı deyil. O, 77 yaşlı canlı əfsanənin durumunun düzələcəyinə ümid etdiyini söyləyib.

Qeyd edək ki, "Qızıl top” mükafatının ikiqat qalibi olan Bekkenbauer Almaniya millisinin heyətində 1972-ci ildə Avropa, 1974-cü ildə dünya çempionu olub. O, 1990-cı ildə məşqçi kimi Almaniya yığmasını dünyanın ən güclüsü edib.
 

Mənbə: bild.de

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ