Rio-2016 Yay Olimpiya Oyunlarında qeyri-adi hadisə baş verib.
7News.Az-ın məlumatına görə, qeyri-adi hadisə üzgüçülük yarışlarında qeydə alınıb. Belə ki, üzgüçülüyün `Butterfly` üsulu ilə 100 metr məsafəyə üzən idmançılardan 3-ü gümüş medal qazanıb.
Bunun səbəbi hər 3 idmançının eyni vaxtda finiş xəttinə çatmasıdır. Gümüş medal qazanan üzgüçülərdən biri Amerikalı əfsanəvi üzgüçü Maykl Felpsdir.
Felps bununla Olimpiadalarda 27-ci medalını (22 qızıl, 3 gümüş, 2 bürünc) qazanıb.








