RU
Əfv Komissiyası toplandı
21:55
1011

Əfv Komissiyası toplandı

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

Bu barədə AzVision.az-a komissiyanın üzvü, deputat Elmira Axundova məlumat verib.

Millət vəkili bildirib ki, komissiyanın iclasında əfvlə bağlı müraciətlərə baxılıb.

Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən yeni əfv sərəncamının imzalanıb-imzalanmayacağı ilə bağlı suala deputat cavab olaraq bildirib ki, bu, prezidentin səlahiyyətlərinə daxil olan məsələdir: “Biz bunun üçün çalışırıq. Əfv etmək səlahiyyəti isə prezidentə məxsusdur”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ