RU
“Əgər ABŞ düşünürsə ki, əli Azərbaycana da çatacaq, o zaman çox yanılır...” – DEPUTATDAN SƏRT SÖZLƏR
13:07
456

“Əgər ABŞ düşünürsə ki, əli Azərbaycana da çatacaq, o zaman çox yanılır...” – DEPUTATDAN SƏRT SÖZLƏR

"ABŞ hər zaman "pambıqla baş kəsmək” siyasəti yürüdüb və özünü demokrat kimi göstərməyə çalışıb. Əslində isə demokratiya anlayışının belələrinə, bu cür siyasət yürüdənlərə aidiyyatı belə yoxdur. Onların başının altından elə mənfur ideyalar, elə qorxunc ssenarilər çıxıb ki, həmin ideya və ssenarilərin bədəlini bəzi dünya dövlətləri hələ də ödəyib qurtara bilmirlər.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Bu günki Ukrayna dediklərimə sübutdur. Onları qızışdıran, müharibəyə sövq edən ABŞ olub. Halbuki diplomatik yolla hər şeyi həll etmək, münqişədən qaçmaq, Rusiya ilə münasibətləri normal məcaraya gətirmək olardı.
Amerikanın dərdi-səri budur ki, hamının başı problemlərə qarışsın və özü də həmin problemlərin fonunda siyasi səltənətini qursun. Amma belə olmur. Olmamalıdır. Bunun adı riyakarlıq, saxtakarlıq və xəyanətdir! Bəşər insanının taleyi ilə bu şəkildə oynamaq cinayətdir. Hamını qızışdırıb kənardan saxta orbitrlik eləmək amansızlıqdır, siyasi artistlikdir, xainlikdir.

Əgər Amerika düşünürsə ki, əli Azərbaycana da çatacaq, o zaman çox yanılır. Çünki bizimlə belə şeylər keçməz. Cəhd etsə cavabını alacaq. Həm də ən sərt formada alacaq. Buna əmin olsun.” – deyə Partiya sədri fikirlərinə davam edib.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ