RU
19:18
890

"Əgər Almaniya belə bir addım atırsa, onda deməli narahatlıq doğuran siqnallar var"

Almaniya diplomatik korpusun təhlükəsizliyini təmin etmək üçün Ankaradakı səfirliyin və İstanbuldakı konsulluğun bağlanmasına qərar verib

Bununla bağlı məlumatı Almaniyanın xarici işlər naziri Frank Valter Steinmeyer yayıb. Almaniyanın xarici işlər naziri bu addımı Türkiyədəki terror təhlükəsinin yüksək olması ilə əlaqələndirib.

Almaniyanın atdığı addımla bağlı politoloq Zərdüşt Əlizadə Ölkə.Az-a qısa açıqlama verib:

"Əgər Almaniya kimi ciddi və güclü kəşfiyyata malik olan dövlət belə bir addım atırsa, bu onu göstərir ki, həqiqətən narahatlıq doğuran siqnallar var. Başqa dövlətlərin atacağı addımı gözləmək lazımdır. Adətən NATO üzvü olan dövlətlər bir-birinə kəşfiyyat məlumatları ötürürlər. Əgər onlar da Türkiydəki diplomatik nümayəndəliklərini bağlasalar deməli, həqiqətən də ciddi bir təhlükə gözlənilir. Yox, əgər digər ölklər diplomatik nümayəndəliklərini bağlamasalar, bu o deməkdir ki, o zaman Almaniyada hansısa daxili qüvvələr sırf daxili siyastə görə bu qərarı qəbul ediblər".

Qeyd edək ki, son 5 ayda Türkiyənin paytaxtı Ankarada 3 dəfə onlarla şəxsin ölməsi və yaralanması ilə nəticələnən terror aktı baş verib. ABŞ-ın Türkiyədəki səfiriyi isə yenidən martın 20-də Ankarada terror aktı ola biləcəyi haqda xəbərdarlıq yayıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ