RU
Əgər bu dəfə də Paşinyan atəşkəsi pozmağa cəhd eləsə... - Deputat
00:38
228

Əgər bu dəfə də Paşinyan atəşkəsi pozmağa cəhd eləsə... - Deputat

Bunu Qaynarinfo-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib. Deputat razılaşmanı əsas və mühüm sənəd hesab etdiyini deyib:

 


 

"Hər şeydən öncə torpaqlarımız hərbi yolla azad olmuşdu. Yerdə qalan torpaqlar isə qrafik yolla qaytarılacaq. Ermənistan təslim olaraq özü qrafik əsasında işğal etdiyi torpaqlardan çıxmağı boynuna götürüb. Azərbaycan dövləti, Prezidenti də bunu tələb edirdi. Eyni zamanda Qarabağın status məsələsi də aktuallığın itirib. Rus sülhməramlıları ilə bağlı bir yaratma mərkəzi olacaq. Bu məsələdə Türkiyə iştirak edəcək. Onlar monitorinqlər aparacaqlar. Yəni, bütün bunlar 5 il müddətinə nəzərdə tutulur. Bir sıra məsələlər həllini tapacaq”.

 

Tahir Kərimli qeyd edib ki, Ermənistan bu dəfə imzalanan atəşkəsi pozmağa cəsarət etməyəcək:

 

"Əgər onlar atəşkəsi pozsa, artıq bu dəfə qarşısında Rusiyanı görəcək. Çünki onları Rusiya xilas edib. Azərbaycan ordusu Şuşanı alandan sonra onlar mühasirəyə düşmüşdülər. Onlar heç qayıda da bilməyəcəkdilər, bütün erməni qüvvələri məhv olacaqdı. Rusiya növbəti dəfə onları xilas etdi. Əgər bu dəfə də Paşinyan atəşkəsi pozmağa cəhd eləsə, şübhəsiz ki, Rusiya Azərbaycanın öz imzasına sədaqətini görüb onlarla bağlı tədbir görəcək”.

 

Tahir Kərimli hesab edir ki, ermənipərəst qüvvələr Rusiya-Türkiyə münasibətlərini pozmağa cəhd eləyib:

 

"Yüzlərlə belə fakt var və Azərbaycan bu məsələdə Rusiya ilə Türkiyəni də müəyyən qədər yaxınlaşdırdı. Düşünürəm ki, bu məsələnin ağrılı tərəfləri də var. Biz cinayət törədən erməniləri bir-birindən ayrıd etməliyik. Gələcəkdə təzminat, cinayət məsuliyyətinə cəlb edilmə və s. kimi məsələlər var. Bunların hər biri aktualdır. Ən başlıcası isə Xankəndində Azərbaycan bayrağı dalğalanmalıdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ