RU
Əhalinin narazı olduğu bələdiyyələr bağlanıla bilər? - Deputatdan şərh
13:53
427

Əhalinin narazı olduğu bələdiyyələr bağlanıla bilər? - Deputatdan şərh

Məlum olduğu kimi, iqtisadçılar 2017-ci ildə iqtisadi vəziyyətin nisbətən yaxşı olması üçün hökuməti islahatlara getməyə çağırır. Təklif olunur ki, dövlətdən maliyyələşən qurumların sayı azaldılsın.

Belə qurumlardan biri də əhalinin əksəriyyətinin fəaliyyətsizlikdə suçladığı bələdiyyələrdir.

Bəs bələdiyyələr islahatlar zamanı bağlanıla, yaxud digər quruma birləşdirilə bilərmi?

Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bələdiyyələrin hansısa quruma birləşdirilməsinin tərəfdarı olmadığını dilə gətirib. Deputat düşünür ki, bələdiyyələr müstəqil təşkilat olaraq qalmalıdır: "Hesab edirəm ki, bələdiyyələrə artıq status verilməlidir. Həmçinin bələdiyyələrin maliyyə problemləri həll edilməli, səlahiyyətləri artırılmalıdır. Onlara geniş imkanlar yaradılmalıdır ki, baxıb görsünlər Türkiyədə bələdiyyə necə fəaliyyət göstərir, onlar faktiki olaraq hansı işlərlə məşğuldur.

Bundan əlavə, bələdiyyələrin statusunu genişləndirmək lazımdır ki, onlar öz işləri ilə məşğul olsunlar”.

Millət vəkili Bələdiyyələr haqda qanundan da danışıb: "Bu qanunu qəbul edəndə biz istəyirdik ki, yavaş-yavaş bələdiyyələrə müəyyən səlahiyyətlər verilsin. Onlar xalq tərəfindən seçilir. Bələdiyyələr də xalqa xidmət edir. Müəyyən müddət ərzində biz bəzi səlahiyyətlər verdik, həmçinin dövlət büdcəsindən bələdiyyələrə müəyyən qədər vəsait ayırmışıq. Amma onlara get-gedə bütün səlahiyyətləri vermək lazımdır”.

Vahid Əhmədov 2017-ci ildə struktur və kadr islahatlarının olacağını deyib: "Prezident İlham Əliyev "Strateji yol xəritəsi”ni imzalayıb. Burada 12 sahədə islahatlar aparılmasıyla bağlı qərarlar var. 2017-ci ildə bu qərarlara start veriləcək. Gələn il bir çox islahatlar getməlidir”.//bakipost

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ