RU
Əhalinin sayı açıqlandı
10:25
2262

Əhalinin sayı açıqlandı

2016-cı il iyunun 1-nə olan məlumata əsasən Azərbaycan əhalisinin sayı 9 milyon 747 min 400 nəfərə çatıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 41,8 min nəfər və ya 0,4% artıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Ölkə əhalisinin ümumi sayının 53,1%-i şəhər, 46,9%-i kənd sakinləri, 49,8%-i kişi, 50,2%-i isə qadındır. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür./azvision.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ