RU
Əhmədli stansiyasında yük vaqonu relsdən çıxıb
11:40
113

Əhmədli stansiyasında yük vaqonu relsdən çıxıb

Bu gün saat 05:30 radələrində Əhmədli stansiyasında manevr işləri aparılarkən bir yük vaqonu relsdən çıxıb.

Bu barədə 7News.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, nəticədə vaqondan yük axını baş verib. Hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ