Dünyanın ən çoxsaylı müsəlman əhalisinə malik İndoneziyadakı kəndlərdən biri çox qəribə, əcaib ənənəyə malikdir.
"Ehtiras dağı" kimi tanınan Qununq Kemukus dağının ətəklərində, Yava adasında yerləşə Samudro kəndinin sakinləri ənənəvi, adi anlamda əxlaq və namus anlayışlarını əsla qəbul etmirlər.
Milli.Az CBS-ə istinadən bildirir ki, bu dağa ziyarətə gedən insanlar dinindən, irqindən və ya sosial statusundan asılı olmayaraq əcnəbilərlə cinsi əlaqəyə girirlər.
Məşhur jurnalist Patrik Abbud dağdakı kənddə 35 gün yaşayıb və bu iyrənc adətlə bağlı sənədli film hazırlayıb.
"Ehtiras dağı"ndakı kəndin qədim adətiinə görə, "Ehtiras dağı"na gələn hər kəs burada 35 gün qalmalı və 7 müxtəlif növlü cinsi əlaqədə olmalıdır.
Kənd sakinlərinin dediklərinə görə, adət 16-cı əsrdə baş vermiş hadisə ilə bağlıdır. Gənc şahzadə ögey anası ilə qaçaraq bu dağdakı mağaralardan birinə sığınmışdı. Bir müddət sonra isə şahzadə anası ilə ər-arvad kimi yaşamağa başlayıb.
Həmin şahzadə dağda dəfn olunub və yerli sakinlərlə bahəm, gələnlər onun məzarını ziyarət edirlər.
Gələnlərə kənd sakini olan qadınlar "xidmət" edirlər.
Professor Keontyoro Soeparno deyir: "Bu dağa gələnlərin tam əksəriyyəti müsəlman kişilərdir. Onların xanımları və ailələri belə "ziyarət"dən xəbərsizdir. Dediklərinə görə, müsəlman olsalar da, qədim inanca şübhə etmirlər".
Kənddə yaşayan qadınların fahişəlik etmələrinə isə bələdiyyə və polis göz yumur, hətta onları qoruyurlar.








