Bu gün quyuya düşən iki fəhlə dünyasını dəyişib.
7news.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə günorta saatlarında Tovuz rayonu, Düz Qırıqlı kəndində baş verib. Dərinliyi 4 m olan kanalizasiya quyusuna düşənlərdən biri 1966-cı il təvəllüdlü Mürşüdov Azad Qərib oğlu digəri isə 1957-ci il təvəllüdlü Musayev Zaman Əsgər oğlu olub.
Hər iki şəxsin cəsədləri quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:54-də başa çatıb.
7news.az








