RU
Əhvalınızı bir anda dəyişəcək - 4 məsləhət
10:40
338

Əhvalınızı bir anda dəyişəcək - 4 məsləhət

Həyat enerjimizin
sürətlə azaldığını hiss etdiyimiz bəzi günlər var. Bir an əvvəl keçib getməsini
istədiyimiz həmin günlərdə psixologiyamız tamamilə alt-üst olur, ətrafımızdan
sürətlə uzaqlaşırıq.

Bəs düşdüyümüz vəziyyətdən
tez bir zamanda necə xilas ola bilərik?


BakiPost.az tükənmiş
enerjini bərpa edə biləcək 4 məsləhəti sizə təqdim edir:

Musiqi dinləmək

Əlbəttə hər insanın
musiqi zövqü başqadır. Lakin həmin anlarda yalnız nəbzinizin sürətlə
döyünməsinə səbəb olacaq yüksək ritmli mahnılar dinləmək lazımdır. Hətta bir az
rəqs sizin özünüzü daha yaxşı hiss etməyinizə səbəb olacaq.





 


Sadiq dostlar


 


 





 


Gecə-gündüz müsbət
enerjiyə sahib olan dostlar bu kritik günlərdə çox köməyinizə gələcək. Onlarla
eyni əhvala köklənməyə çalışın.





 


Yeni səyahətlər


 








 


Əgər enerjiniz
tükənibsə fotoaparatınızı da götürüb evdən uzaqlaşmağın tam zamanıdır.
Unutmayın ki, kəşf edilməyən bir çox fərqli dünyalar sizin kəşfinizi gözləyir.





 


Yaxşı bir film


 








 


İzləməkdən zövq
aldığınız bir film seçin. Televizorun qarşısına keçin və bütün mənfi fikirləri
başınızdan atıb həmin filmin dadını çıxarın.


 


 



 Əhvalınızı bir anda dəyişəcək - 4 məsləhət
Əhvalınızı bir anda dəyişəcək - 4 məsləhət

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ