RU
Əkbər Qoşalı nüfuzlu medala layiq görüldü
22:48
1579

Əkbər Qoşalı nüfuzlu medala layiq görüldü

Azərbaycanın 90-cılar ədəbi nəslinin tanınmış nümayəndəsi, Atatürk Mərkəzinin şöbə müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı qardaş  Qazaxıstanın ünlü “JALIN” dərgisinin TÖLEQEN AYBERQANOV adına medalına layiq görülüb. Bu barədə qərarı dünyaca ünlü qazax ədibi, “Jalın” ədəbiyyat dərgisinin baş redaktoru Muxtar Şaxanov imzalayıb
 
Ə.Qoşalı “Jalın”da 2015-ci ildə dərc olunmuş silsilə şeirlərinə görə bu mükafata layiq görülüb. Şeirləri qazaxcaya Sayat Kamşıqer çevirib. 
Medalı “Jalın”ın iyunun əvvəllərində Bakıda səfərdə olan əməkdaşı Erkinbek Serikbay təqdim edib. 
Onu da əlavə edək ki, Azərbaycanlı yazar Türk Dünyası ədəbi gəncliyi arasında əməkdaşlığa verdiyi töhfələrə, qardaş xalqlar ədəbiyyatının təbliği sahəsindəki xidmətlərinə  görə, bugünlərdə Öbəkistanın nüfuzlu “Kitab Dünyası” Ədəbiyyat-sənət qəzeti və Tatarıstan Kitab Nəşriyyatı tərəfindən də “Fəxri Fərman”larla təlfif olunub.
 
7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ