RU
Əkiz qardaşlar özlərini yandırmağa cəhd ediblər
22:38
392

Əkiz qardaşlar özlərini yandırmağa cəhd ediblər

İrəvanın Şenqavit inzibati rayonunda 38 yaşlı əkiz qardaşlar üzərilərinə benzin tökərək özlərini yandırmağa cəhd ediblər.

Bu barədə Ermənistan Polisinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, özünəqəsdlə bağlı xəbərdarlıq 17 sentyabr, 14:40-da əldə edilib. Qardaşlardan biri zəng edərək ailədə mübahisə baş verdiyini, özünü və qardaşını üzərinə benzin tökərək yandırmaq istədiyini bildirib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Hadisənin təfərrüatları açıqlanmır./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ