RU
Ekoloji məsələlər və Enerji təminatı ilə əlaqədar İşçi qruplarının Ağdamda birgə iclası keçirilib
18:30
237

Ekoloji məsələlər və Enerji təminatı ilə əlaqədar İşçi qruplarının Ağdamda birgə iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki Ekoloji məsələlər və Enerji təminatı ilə əlaqədar İşçi qruplarının Ağdamda birgə iclası keçirilib.

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbəri Nüsrət Süleymanov, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, energetika nazirinin müavini Elnur Soltanov və digər şəxslər iştirak edib.

İclasda işğaldan azad edilmiş ərazilərdə sözügedən işçi qrupların fəaliyyəti nəticəsində görülmüş işlərdən danışılıb, qarşıda duran vəzifələr müzakirə edilib.

Qeyd edək ki, Əlaqələndirmə Qərargahına Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ