Türkiyəli futbolçu Caner Erkin arvadı Asena Atalaydan qalmaqallı şəkildə boşanmışdı.
7News.Az xəbər verir ki, o, ayda bu evlilikdən dünyaya gələn oğlu üçün 10 min lirə (təxminən 3100 manat) pul ödəyirdi. Lakin bu aliment Asenanı qane etməyib. O, məhkəməyə müraciət edərək, aliment pulunun 50 min lirəyə (təxminən 3100 manat) qaldırılmasını tələb edib.
Caner isə sosial media hesabında açıqlama yayaraq oğlu üçün tələb olunan 50 min lirə alimentin absurd rəqəm olduğunu bildirib:
"Eks-həyat yoldaşıma boşandığım ilk gündən bugünədək oğlum Çinara görə susdum. Ancaq hər kəs elə bildi ki, qarşı tərəf haqlıdır deyə susuram. Oğlumun doğulan gündən indiyədək bütün xərclərini özüm çəkmişəm və çəkməyə davam edirəm. Ondan heç nəyi əsirgəməmişəm. Boşandığım xanımın bütün ailəsinə sahib çıxmışam. Bu gün sahib olduqları maddi və mənəvi hər şeyə görə mənə borclu olduqlarını bildikləri halda, məni məhkəməyə verərək, 50 min lirə aliment istəyirlər.
Qeyd edək ki, Caner Erkin ikinci dəfə aktrisa Şükran Ovalı ilə ailə həyatı qurub.
7News.Az








