RU
Əks istiqamətdə təhlükəli hərəkət: ailə faciədən son anda xilas oldu - VİDEO
16:45
779

Əks istiqamətdə təhlükəli hərəkət: ailə faciədən son anda xilas oldu - VİDEO

Paytaxtın Yeni Yasamal qəsəbəsində təhlükəli yol hərəkəti qaydası pozuntusu ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Vətəndaşın Patrul.az-a verdiyi məlumata görə, hadisə 07.02.2026-cı il tarixində saat 13:53 radələrində Əsəd Əhmədov küçəsində baş verib. Belə ki, 99-MQ-551 dövlət qeydiyyat nişanlı "Chevrolet Camaro” markalı avtomobil yolun əks istiqamətinə çıxaraq hərəkət edib.

Şikayətçi bildirib ki, qarşı-qarşıya gəlmə anında son anda avtomobilini sağa çəkərək mümkün qəzanın qarşısını ala bilib.

Onun sözlərinə görə, hadisə zamanı avtomobildə ailə üzvləri, o cümlədən əlil övladı da olub:

"Son anda maşını sağa çəkdim. Əks halda ağır qəza qaçılmaz idi. Hələ utanmadan avtomobili üstümə sürürdü,” – deyə vətəndaş bildirib.

Qeyd edək ki, yaşayış massivlərində və dar küçələrdə əks istiqamətə çıxmaq təkcə sürücünün öz həyatını deyil, digər hərəkət iştirakçılarının da təhlükəsizliyini ciddi risk altına qoyur.
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ