Braziliyanın keçmiş prezidenti Luiz İnacio Lula da Silva məhkəmə qarşısına çıxarılacaq.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, eks-dövlət başçısı korrupsiya və çirkli pulların yuyulmasında ittiham edilir. Braziliya mətbuatında yer alan xəbərlərə görə, Luiz İnacio Lula da Silva dövlətə məxsus neft şirkəti Petrobraz vasitəsilə 1,1 milyon dollar rüşvət alıb. İddiaları rədd edən 70 yaşlı L. Silva isə ittihamı böyük bir komediya, yalan adlandırıb. O, " Bu olanlar məni yıxmır, azadlığa çıxıb daha çox danışmağa təşviq edir”,- ifadələrini səsləndirib.








