Ukraynanın Kremençuq şəhərində Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvilinin tərəfdarı döyülüb.
7news.Az xəbər verir ki, vəhşicəsinə döyülən Oleq Filipas bu zorakılığa yaşadığı mənzildə məruz qalıb.
Filipasın üç nəfər maskalı şəxs tərəfindən döyüldüyü deyilir.
Araşdırma başlayıb. Naməlum şəxslər axtarışa verilib.
7news.Az








