RU
Ekspert:
14:39
348

Ekspert: "Cəbhə xəttində qarşıdurma Ermənistan üçün son dərəcə ağır nəticələnə bilər"

"Ermənistan ordusundakı problemləri nə əvvəlki hakimiyyət həll etdi, nə də indiki rəhbərlik həll edir".

7News.Az Trend-ə istinadən xəbər verir ki, bunu erməni ekspert Armen Ayvazyan deyib.

O bildirib ki, Silahlı Qüvvələrin real ehtiyatının olmaması bir çox mütəxəssislərdə narahatlıq doğurur, lakin problemin həlli üçün hakimiyyətin hər hansı fəaliyyəti müşahidə olunmur: "Uzunmüddətli müharibədə Azərbaycan qarşısında davam gətirə bilmək üçün peşəkar ehtiyat hissələr vyaratmaq lazımdır".

A.Ayvazyan qeyd edib ki, əgər cəbhə xəttində qarşıdurma olsa, bu, Ermənistan üçün son dərəcə ağır nəticələnə bilər: "Anlamaq lazımdır ki, döyüş fəaliyyətinin bərpası ilə bağlı təhlükə hər an var".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ