Rusiyalı politoloq Piantovski hər zaman qalmaqallı açıqlamaları ilə gündəmdə qalmağa çalışıb”.
ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, ekspert Azər Verdiyev rusiyalı politoloqun fikirlərinə münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, Rusiya ilə ABŞ arasında müxtəlif regionlarla bağlı siyasi güc nümayişi bugün də davam edir: “Yaxın Şərqdə, xüsusən də Suriyada baş verən hadisələr buna əyani nümunədir. Lakin bir şeyi unutmaq lazım deyil ki, Azərbaycana qarşı münasibət fərqlidir. Ölkəmizin apardığı uğurlu və tarazlaşdırılmış xarici siyasət strategiyası bu məsələdə fərqli yanaşma sərgiləməyə vadar edir”.
O qeyd edib ki, Rusiyanın Azərbaycana qarşı hər hansı hərbi müdaxiləsi sadəcə olaraq mümkün deyil: “Siyasi proseslərin arxasında hər zaman iqtisadi maraqlar dayanır. Azərbaycan ABŞ və Rusiya ilə sağlam iqtisadi münasibətlərə sahibdir. İstənilən halda ertməni elitası da ölkələrindəki böhrandan xəbərdardır və bunun əsas səbəbi Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın qeyri-sağlam mövqeyi onları iqtisadi böhranla üz-üzə qoyub”.
7news.Az








