Britaniyalı ekstremal üzgüçü Lüis Pyu Antarktidanın buzlu sularında üzən ilk adam olub.

7News.Az-ın ren.tv-yə istnnadən verdiyi xəbərə görə, o, buzlaqlardan birinin ərimiş sularında 10 dəqiqə 17 saniyə ərzində üzərək bir neçə rekorda birdən imza atıb: həm indiyədək bu yerlərdə üzən ilk adam olaraq, həm də buzlu suda hidrokostümsüz bu qədər uzun müddət qala bilən yeganə şəxs kimi.

Qeyd edək ki, həmin zaman havanın temperaturu mənfi 20 dərəcə olub. Ekstremal üzgüçü bu işi sırf ekoloji problemlərə, daha dəqiq desək, Antarktidada buzların əriməsi probleminə dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün etdiyini bildirib.
7News.Az








