RU
Ekstremist Bağırzadənin üzü və astarı
16:43
491

Ekstremist Bağırzadənin üzü və astarı

"Artıq anlamaq gərəkdir ki, indi mömin müsəlmanlarla hökumət, dindarlarla hakimiyyət arasında qarşıdurma yoxdur - olan din pərdəsinə bürünmüş ekstremizmlə dünyəvilik, demokratiya, insanın ən önəmli dəyər sayıldığı sistem arasında savaşdır.

Heç bir səmavi din başqa dindən olan insanları hədəf göstərmir. Əmin olun ki, peyğəmbərlər indi olsaydılar, dinlə pərdələnən insanları görüb onlara lənət oxuyardılar".

 

Bu sözlər Yaxın Şərqdə və ümumiyyətlə, müsəlman aləmində həddən ziyadə nüfuz sahibi olan din xadiminə, Suriyanın müftisi Əhməd Bədruddin Həssuna məxsusdur.

O, gerçəyi deyir.

Həmin gerçəyi ki, Allahın rəsulu, Hz.Məhəmməd (s.ə.s.) təqribən 55 kvadrat kilometrlik Yəsrib adlı vahədə yerləşən eyni adlı şəhərə üz tutanda, orada ev tikmək istəyəndə məkan salacağı yeri ələ keçirməmişdi - halbuki buna gücü, nüfuzu və imkanları çatardı.
Yox, Allahın elçisi ev tikmək istədiyi yeri Yəsribdəki iki yetim qardaşdan satın aldı.

O qardaşlar uşaq olsalar da, rəsulillah ədalət və şəfqətlə davranaraq cəmi müsəlmanlara həmişəki təki, örnək oldu. Dostu Əbubəkrlə şəhərə gələn Hz. Məhəmməd (s.ə.s) burada "mühacirun"lar tərəfindən qarşılansa da, o, bütün bəşəriyyətə xitab edərək insanları haqqa, imana, irşada çağırdı.

Yəsrib də Mədinə-ən-Nəbiyə çevrildi.

Fəqət, indi bəzi müsəlmanlar balaca uşaqların haqqını əzmək, onları ağlar qoymaqla bahəm, yerlərə sahib çıxmaq və siyasətdən tutmuş, ictimai həyatadək yersizliklərlə zorakılığa, ölümlərə, qəsbə, qarətə, talana, qəsdlərə çağırışlarla son qoymaq istəyirlər.

 

Əsrlər əvvəl manixeylər, qnostiklər, müşriklər kimi davranan kəslər islamın adından və sözlərindən istədikləri kimi istifadə etdiklərini düşünür, hakimiyyətlərin devrilməsini, dövlətlərin yerində "vilayət"lər və "əmirlik"lər yaradılmasını istəyirlər.

Onlar insanların şəriət və fiqh əsasında idarə olunmasını arzuladıqlarını deyirlər.

Halbuki özləri şəriətin təməl qaydalarını, fiqhin postulatlarını pozur və bunu gizlətməyə çalışırlar.

Azərbaycanda dindarların inanclarından sui-istifadə edərək onları hakimiyyətə yox, dövlətə qarşı qaldırmaq, durumu gərginləşdirmək, "qayda" adı ilə xaos yaratmaq istəyən qruplardan biri də "Müsəlman Birliyi Hərəkatı"dır.

Hərəkatın lideri Taleh Bağırzadə "Azadlıq Radiosu"na verdiyi müsəhibəsində belə deyib: "Bizə qarşı aparılan bu kampaniyanın arxasında hal-hazırki ictimai-siyasi fəaliyyətimiz durur. Onlar bizim bu fəaliyyətimizi təhrif etmək istəyirlər, bizi radikalizm və digər yöndə göstərmək istəyirlər. Müsəlman Birliyi Hərəkatı olaraq fəaliyyətimiz ölkə konstitusiyasına tam uyğundur. Konstitusiyadan kənar heç bir addım atmırıq".

Bu açıqlama vacib məsələdir və Hacı Talehin dediklərinin həqiqətə nə dərəcədə uyğun olduğunu qismən araşdırmağa çalışaq.

Fəqət, əvvəlcə bir qədər tarixə varaq.

Misirdə Əbbud əl Zümarın yaratdığı "Cihad əl Cədid" və banisi Məhəmməd Əbdüssəlam Fərac olan "Təlaa əl Fateh" qruplaşmaları təşəkkül tapanda onların birgə bəyanatında deyilirdi: "Misirin hakimiyyət dairələrinin bizə qarşı apardığı kampaniyanın arxasında ictimai-siyasi fəaliyyətimiz durur".

Bu açıqlama Hacı Talehin sözləri ilə sanki identikdir.

 

Bəhs etdiyimiz qruplaşmalar indi Misirdə ən təhlükəli ekstremist və terrorçu dəstələr arasında yer alır.

Küveytdə "Cəmiət əl İslah əl İctimai" qruplaşması yarananda bu dəstənin liderləri "təşkilatımızın adından da göründüyü kimi, ictimai islahatlara təkan vermək istəyirik" deyirdilər. Amma indi sözügedən dəstə "Əl Qaida"ya "biət etmiş", yəni sədaqət andı içmiş terror qruplaşmaları arasındadır.

Əlcəzairdə "Əl Cəmaatul Sələfiyyatul Dəvəti vəl Qitaa" və ya sadəcə, "Əl Cəmaa" qruplaşması 1997-ci ildə yaradılanda "qanunsuzluqlar və korrupsiyaya mübarizə" şüarı ilə çıxış edirdi. Amma vur-tut iki ay sonra bu qruplaşma aşkar ekstremist dəstə olduğunu göstərdi. "Əl Cəmaa" indi özünü "Məğribdə Əl Qaida" adlandırır.

Misalların sayını artırmaq, "Əsbat əl Ənsar", "Cəmiyat İhya ət Turaz əl İslami", "Cund əş Şam", "Hizbut Təhrir əl İslami", "Ləşkəri Taiba"nı, daha sonra "Cəbhət ən Nüsra"nı, "Cund əl Şam vəl Muslimin"i, "Riyadus Dabiq"i və ən nəhayət, İŞİD-i xatırlayaraq həmin qruplaşmaların da yaradıldıqları ilkin dövrlərdə "ölkə qanunlarına qarşı çıxmırıq, sadəcə, dindarların haqq və hüquqlarının qorunmasını istəyirik" tipli bəyanatlarını yada salmaq olar.

"İlkin məqsəd və məram"ların sonradan ekstremizmə, terrorizmə, dini radikalizmə transformasiyası çox tez, hətta "fenomenal" sürətlə getdiyindən təəccüblü heç nə yoxdur: çünki haqlarında bəhs etdiyim təşkilat və qruplaşmalar elə bünövrədən sonrakı məqsədlərini gerçəkləşdirmək üçün yaradılmışdılar.

Azərbaycandakı dini hərəkatlar və qruplar sırasına qatılmağa çalışan "Müsəlman Birliyi Hərəkatı"nın banisi, rəhbəri Taleh Bağırzadə belə deyir: "Hərəkatın fəaliyyətini planlı şəkildə təhrif etmək istəyirlər. Mübarizəmizi sivil şəkildə, hüquqi müstəvidə aparırıq, bizə qarşı əsassız ittihamlar yayanlar məhkəməyə veriləcəklər".

 

Qətiyyətli açıqlama, hətta ultimatum ruhlu bəyanatdır.

Taleh Bağırzadənin və onun təşkilatının fəaliyyətini "planlı şəkildə təhrif etmək" fikrindən çox uzağam.
Sadəcə, faktlarla danışaq və danılması mümkün olmayan məqamlara istinad edək.

Facebook-dakı "Hicab bizim namusumuzdur" adlı səhifə yazır (orfoqrafiya və stilistika olduğu kimi saxlanılıb): "Bu yezid sifətləri cəzalandırmaq istəyən muxtarların nəzərinə... Vicdansız Elmarın Gəncədə İmam Hüseynin əzasına qoyduğu qadağadan sonra ona qarşı etirazlar və təhdidlər dayanmaq bilmir. Biri sözü ilə, biri nifrinləri ilə, biri də onu ölümə hədələməklə etirazını bildirir. Bu cinayətləri törədən məmurlar gərək tez bir zamanda cəzalandırılsın. Uşaqlarımızı döyən məmurları gecə saatlarında tutub yaxşı döymək lazımdır.
Elmar kimiləri də gərək öldürülsün./gun

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ