Ekvadorun paytaxtı Kitoda rusiyalı turist Aleksey Dombrovski aldığı bıçaq yaralarından ölüb.
7News.Az-ın "TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ekvadorun Rusiyadakı səfirliyinin konsulluq şöbəsinin müdiri Andrey Alekseyev bildirib.
Diplomatın sözlərinə görə, hadisə fevralın 4-də axşam saatlarında baş verib. Həyat yoldaşı ilə Ekvadora bir neçə həftəlik səyahət edən Dombrovski xanımı ilə 4 oğrunun hücumuna məruz qalıb. O, yerləşdirildiyi xəstəxanada vəfat edib.
İnsidenti törədən 4 nəfərdən 3-ü saxlanılıb, digərinin axtarışları istiqamətində tədbirlər görülür.
7News.Az








