RU
Ekvadorda seçkilər 2 ci tura qaldı
13:50
52

Ekvadorda seçkilər 2 ci tura qaldı


7NEWS.az xəbər verir ki, Ekvadorda xalq, ölkədə yaşanan təhlükəsizlik problemlərinin kölgəsində prezident, vitse-prezident və 137 yerlik Milli Məclisdə vəzifə yerinə yetirəcək millət vəkillərinin təyin olunacağı ümumi seçkilərdə səs vermək üçün sandıq başına getdi.  Səslərin əksəriyyəti hesablandıqdan sonra prezident seçkilərinin ikinci tura keçəcəyi dəqiq idi. Ekvador Milli Seçki Şurasının (CNE) verdiyi açıqlamaya görə, seçkilərdə iştirak nisbəti yüzdə 82,26 olub. Səslərin 85,54 faizi hesablandıqdan sonra prezidentliyə namizədlər arasında 33,13 faiz səslə Vətəndaş İnqilab Hərəkatının (VHH) namizədi Luisa Qonzales birinci yeri tutub. İkinci yerdə 23,94 faiz səs toplayan sol mərkəzçi Yaşıl Etik İnqilabçı və Demokratik Hərəkatın (MOVER) namizədi Daniel Noboa qərarlaşıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ