RU
Ekvadorda zəlzələdə ölənlərin sayı
10:05
949

Ekvadorda zəlzələdə ölənlərin sayı

Ekvadorda aprelin 16-da baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 507 nəfərə çatıb.

7News.Az-ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ekvador Baş Prokurorluğunun rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

Boliviya, Kolumbiya və Venesuela daxil olmaqla regionun bir neçə ölkəsi Ekvadora xilasedici qüvvələri və humanitar yardım göndəriblər. 

7,8 bal gücündə olan zəlzələnin episentri ölkənin şimal-qərb hissəsində yerləşən Pedernales şəhərində qeydə alınıb.   

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ