RU
Əl-Bağdadi Mosuldan qaçdı
16:25
432

Əl-Bağdadi Mosuldan qaçdı

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi İraqın Mosul şəhərini tərk edib.


7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı İraq ordusunun xüsusi xidmət orqanları yayıb. 

Qeyd olunub ki, Əbu Bəkr Əl-Bağdadi 150 ailə ilə birlikdə hava zərbələrindən xilas olmaq üçün şəhəri tərk edib. 

Şəhəri tərk etdikdən sonra Əl-Bağdadi internet vasitəsi ilə İŞİD üzvlərini şəhərdə qalmağa və son nəfəsədək döyüşməyə çağırıb. Terrorçular Əl-Bağdadinin müraciətini şəhərdə səsucaldanlarla yayımlayıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ