RU
Əl-Bağdadinin məsləhətçisi öldürüldü
09:30
461

Əl-Bağdadinin məsləhətçisi öldürüldü

İŞİD-ə qarşı beynəlxalq koalisiyanın İraqın şimalında həyata keçirdiyi hava əməliyyatları nəticəsində 40-a qədər İŞİD silahlısı zərərsziləşdirilib.

7News.Az Trend-ə istinadən xəbər verir ki, öldürülən İŞİD üzvləri arasında terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin məsləhətçisi Əbu İbrahim əl-Hədidi də var.

Onun da olduğu avtomobil karvanına Mosul yaxınlığında havadan hücum təşkil edilib. Eyni zamanda xəbər verilir ki, Mosul ətrafındakı bombardmanda İŞİD-in daha bir yüksək rütbəli şəxsi Visam İsmayıl əs-Subari də öldürülüb. Subari terrorçu-kamikadzelərin hazırlanması üçün cavabdehlik daşıyırmış.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ