RU
Əl-Kayyara İŞİD-dən azad olundu
00:00
455

Əl-Kayyara İŞİD-dən azad olundu

İraqın hərbi qüvvələri Əl-Kayyara şəhərinin İŞİD terror qruplaşmasının döyüşçülərindən tamamilə azad olunduğunu elan edib. Bu barədə İraq ordusunun rəsmi Twitter səhifəsində məlumat verilib.

7news.Az AZƏRTAC-a istinadən bildirir ki, hərbiçilər İraq bayrağını azad olunmuş binaların üzərindən asdıqlarını bildiriblər.

Qeyd edək ki, Mosul şəhərindən 50 kilometr cənubda yerləşən Əl-Kayyara 2014-cü ildən terrorçular tərəfindən tutulub. Mərkəzi Mosul şəhəri olan Naynava vilayətinin şimal hissəsində terrorçulara qarşı aparılan hərbi əməliyyatlar davam etməkdədir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ