RU
“El-Klassiko”da üçüncü qol
22:33
445

“El-Klassiko”da üçüncü qol

Xəbər verdiyimiz kimi, bu gün İspaniya La Liqasının 12-ci turunda “Real” (Madrid) – “Barselona” oyunu baş tutacaq.

7news.az xəbər verir ki, artıq matç üçün heyətlər müəyyənləşib. Kataloniyalıların hücumçusu Lionel Messi əsas heyətdə yox, ehtiyat oyunçular siyahısında yer alıb.

Komandaların tərkibini təqdim edirik:

“Real”: Keylor Navas, Rafael Varan, Serxio Ramos, Marselo, Karvaxal, Toni Kroos, İsko, Luka Modriç, Kriştiano Ronaldo, Xese, Qaret Beyl

“Barselona”: Klaudo Bravo, Jerar Pike, Dani Alveş, Jordi Alba, Roberto, Serxio Buskets, Andres İnyesta, Xavyer Maskerano, Rakitiç, Luis Suares, Neymar.

***

Luis Suares 11-ci dəqiqədə oyunda hesabı açır. Hesab 1:0 "Barsa"nın xeyrinədir.

***

Matçın 39-cu dəqiqəsində Neymar komandasının ikinci qolunu vurur. Hesab 2:0 "Barcelona"nın xeyrinədir.

***

53-cü dəqiqədə Andres İnyesta "Barca"nın üçüncü qolunu vurur.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ