RU
“Əl-Qaidə” İsveçi hədələdi
02:10
349

“Əl-Qaidə” İsveçi hədələdi

“Əl-Qaidə” terror təşkilatının Şimali Afrika qolu olan “Aqim” Malidə qaçırdığı isveçli Johan Gustafson ilə Cənubi Afrika Respublikasının vətəndaşı Stefan Malkolmun görüntülərini dərc edib.

Terror təşkilatı videoda İsveç və Cənubi Afrika Respublikasını təhdid edib.

Videoda ingilis dilində danışan bir şəxs İsveçdən Fransa ilə əməkdaşlığı dayandırmağı tələb edib.

“Əgər vətəndaşlarınızın sərbəst buraxılmasını istəyirsinizsə, Fransa ilə əməkdaşlıqdan imtina edin. Şərtlərimiz yerinə yetirilənə kimi onları əlimizdə saxlayacağıq”, - üzü maskalı deyib./publika

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ