Əl Qaidə terror təşkilatının liderlərindən biri olan Həsən Rəşid Bulyaydi qətlə yetirilib.
7news.az xəbər verir ki, bu barədə informasiyanı “Assoşeyted Press” agentliyi yayıb. Bulyaydi Əlcəzairdə ordunun keçirdiyi xüsusi əməliyyat zamanı qətlə yetirilib.
Qeyd edək ki, Əl Qaidə terror təşkilatı son vaxtlar Əlcəzairdə yenidən öz aktivliyini artırıb. Bu aktivlik daha çox Mərakeş və Mali ilə sərhəddə müşahidə olunub.
7news.az








