7NEWS.az xəbər verir ki, Mərkəzi Amerika ölkəsi El Salvadorda həftəsonundan bəri təsirli olan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub. Yerli hakimiyyət orqanlarından verilən açıqlamada sel nəticəsində 11 nəfərin öldüyü, 900 nəfərin təxliyyə mərkəzlərinə yerləşdirildiyi bildirilib. Mülki Müdafiə İdarəsinin rəhbəri Luis Amaya açıqlamasında həyatını itirənlər arasında uşaqların olduğunu, ölümlərin isə ağacların aşması, torpaq sürüşməsi və müxtəlif qəzalar nəticəsində baş verdiyini bildirib.
7NEWS.az








